Bu BÜRCLƏR üçün möhtəşəm dövr başlayır - Cəmi 1 gün sonra!
12 Dekabr 2025, 23:12
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
274
21.11.2024, 21:20
Dövlət sektorunda həyatın yığım sığortası üzrə vergi və sığorta güzəştləri 1 yanvardan ləğv olunur.
OXU24.COM xəbər verir ki, həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Bu, "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.
Həmçinin oxuyun
Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Həmçinin 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə sosial sığorta güzəştinin 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiqi nəzərdə tutulur. Belə ki, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Qanunun qəbulu ilə sığortaedənlər (sığortalılar) tərəfindən hesabatların təqdim edilməsi prosesində təcrübədə yaranmış uyğunsuzluqlar aradan qaldırılacaq, sığortaedənlərin (sığortalıların) fəaliyyətinin müvəqqəti dayandırılması, habelə sığortaedən (sığortalı) hüquqi şəxsin ləğv edilməsi, yaxud fiziki şəxsin fəaliyyətinə xitam verilməsi zamanı hesabatın təqdim edilməsi vaxtı tənzimlənəcək.
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır.
15:58 / 13 Dekabr 2025
27
15:47 / 13 Dekabr 2025
25
15:39 / 13 Dekabr 2025
37
15:08 / 13 Dekabr 2025
1204
14:50 / 13 Dekabr 2025
52
14:38 / 13 Dekabr 2025
76
14:28 / 13 Dekabr 2025
72
14:22 / 13 Dekabr 2025
65
14:12 / 13 Dekabr 2025
205
13:14 / 13 Dekabr 2025
794
13:07 / 13 Dekabr 2025
462
12:58 / 13 Dekabr 2025
298
12:16 / 13 Dekabr 2025
1065
12:08 / 13 Dekabr 2025
122
11:44 / 13 Dekabr 2025
82
11:30 / 13 Dekabr 2025
101
11:09 / 13 Dekabr 2025
945
11:07 / 13 Dekabr 2025
423
10:25 / 13 Dekabr 2025
1144
09:15 / 13 Dekabr 2025
888
09:06 / 13 Dekabr 2025
853
08:45 / 13 Dekabr 2025
141
08:37 / 13 Dekabr 2025
165
00:28 / 13 Dekabr 2025
166
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.